Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Tibbi sığorta üçün 16 manatı bu şəxslər ödəyəcək

User 04 Dekabr 2025 - 20:35 (Last updated: 04 Dekabr 2025 - 19:48)
tibbi sığorta

Hazırda formal şəkildə fəaliyyət göstərən qurumlarda işçi 2% və işəgötürən də 2% olmaqla, bir vətəndaş üçün ümumilikdə 4% icbari tibbi sığorta haqqı ödənilir. Sözügedən qanuna dəyişiklik edildikdən sonra müəyyən kateqoriyaya daxil olan şəxslər istisna olmaqla, əmək potensialı olan şəxslər də ayda minimum əməkhaqqının (400 manat) 4%-i həcmində, yəni 16 manat icbari tibbi sığorta haqqı ödəyəcək.

Milli Məclisin sonuncu plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev bildirib ki, bəlli bir kateqoriya insanların hamısı, yəni uşaqlar, pensiyaçılar, əlilliyi olan insanlar, əmək qabiliyyətsiz şəxslər, işsizlər dövlət tərəfindən tibbi sığorta olunacaq.

Onun sözlərinə görə, bu, bəzi hallarda, tam əks formada başa düşülür ki, işsizlər sığortalanmayacaq.

Nazir qeyd edib ki, əksinə, ilk dəfə olaraq qanunvericilikdə birbaşa göstərilir ki, işsizlər də dövlət tərəfindən sığorta olunacaq.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli də bildirib ki, “Tibbi sığorta haqqında” qanuna əsasən 18 yaşadək uşaqlar, 23 yaşadək birinci ali təhsil alan tələbələr, pensiyaçılar, yaşa görə təqaüd alanlar, sağlamlıq imkanları məhdud olub müxtəlif növ müavinət alan şəxslər dövlət hesabına tibbi sığorta olunan vətəndaşlar kateqoriyasına daxildir.

“Yəni, bu şəxslər özləri sığorta haqqı ödəmir, onların ödəmələri dövlət tərəfindən qarşılanır. Eyni qayda ilə rəsmi şəkildə işsiz kimi qeydiyyata alınan şəxslərin də tibbi sığorta haqları dövlət tərəfindən ödənilir”.

Deputat vurğulayıb ki, son günlər sosial şəbəkələrdə yanlış və ya məqsədli şəkildə, bilərək və bilməyərəkdən, şəxsi maraqlar naminə, xüsusən dağıdıcı müxalifətlə bağlı belə fikir formalaşdırılır ki, işsizlər sığorta haqqını özləri ödəməlidir. Əgər işi yoxdursa, o vətəndaş özü sığorta haqqını ödəyəcəkdir. Halbuki həm Milli Məclisin deputatları, həm də məsul dövlət qurumları dəfələrlə açıqlayıb ki, rəsmi işsizlərin sığorta haqları dövlət büdcəsi hesabına təmin ediləcək. Maliyyə naziri də bunu yenidən təsdiqləyib.

M.Məmmədli onu da əlavə edib ki, bununla yanaşı, qeyri-formal məşğul olan şəxslər, yəni faktiki işləyib gəlir əldə edən, lakin əmək müqaviləsi və ya rəsmi qeydiyyatı olmayanlar öz tibbi sığorta haqlarını müəyyən olunmuş məbləğ üzrə özləri ödəyəcəklər:

“Digər şəxslər, yəni əmək müqaviləsi ilə çalışan, rəsmi iş yeri olan işçilər aldıqları əmək haqqının məbləğinə uyğun olaraq İcbari Tibbi Sığorta Fonduna avtomatik şəkildə ödəniş edirlər. Bu ödənişlər həm işləyən şəxslərin maaşlarından tutulur, eləcə də onları işlə təmin edən dövlət qurumları və özəl təşkilatlar tərəfindən müvafiq qanunvericiliyə əsasən həyata keçirilir. Beləliklə, çalışan şəxslərin İcbari Tibbi Sığorta Fonduna köçürülən vəsaiti həm işçinin, həm də işəgötürən qurumun ayırmalarından formalaşır.

Əlavə olaraq, bütün əmək müqaviləsi ilə çalışan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada İcbari Tibbi Sığorta Fonduna ödənişlər edirlər”,- deyə o fikrini tamamlayıb. (Modern.az)

AzPost.az

Post navigation

Previous: DTX, MİDA güzəştli mənzil satışı ilə bağlı açıqlama yaydı –
Next: Şeyxülislam ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib

Oxşar xəbərlər

Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17
corek
  • Sosial

Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər

User 26 Oktyabr 2026 - 14:00
yap sedr
  • Sosial

DTX YAP-ın Balakən təşkilatının sabiq sədrini həbs edib

User 26 Oktyabr 2026 - 13:53

xƏBƏR

aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
Bir uşağın böyüməsi təkcə ərzaq və geyim almaqdan ibarət deyil. Bağça, məktəb, nəqliyyat, dərman, dərnəklər və il...
Read more about Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı
Rusiya Ukrayna ilə bağlı danışıqların detallarını açmaqdan imtina edib putin uitkoff
  • Dünya

Rusiya Ukrayna ilə bağlı danışıqların detallarını açmaqdan imtina edib

User 26 Oktyabr 2026 - 15:34
İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17
Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü qara deniz
  • Dünya

Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü

User 26 Oktyabr 2026 - 14:18
Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı zelenski
  • Dünya

Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı

User 26 Oktyabr 2026 - 14:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.