Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Tiflis Avropa İttifaqının həkim qrupuna Saakaşvilini ziyarət etməyə icazə verdi –

User 13 İyul 2023 - 18:33 (Last updated: 21 May 2025 - 20:15)
saakasvil

Avropa İttifaqının göndərdiyi bir qrup polşalı həkim Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin hərtərəfli müayinəsinə başlayıb.

Bu xəbəri Polşanın baş naziri Mateuş Moravetski özünün Twitter hesabından paylaşıb: “Biz dostlarımızı darda qoymuruq. Mənim tövsiyəmlə bir qrup polşalı həkim Gürcüstanda keçmiş prezident Mixeil Saakaşvilinin kompleks tibbi müayinəsinə başlayıb”.

İyulun 3-də çox zəifləmiş halda olan Saakaşvili bir neçə aydan sonra ictimaiyyətə görünüb. O Tbilisidə keçirilən məhkəmə dinləməsində videobağlantı ilə iştirak edirdi. Onun videodakı durumu bütün dünya boyunca siyasətçilər və tərəfdarları arasında dərin narahatlıq yaradıb.

Xəbər verilir ki, Polşa həkimləri Gürcüstana Avropa İttifaqının tapşırığı ilə gəliblər. Bu qrupun göndərilməsi barədə qərar hələ yarım il bundan əvvəl Brüsseldə qəbul edilmişdi. Saakaşvilinin vəkili Dito Sadzaqlişvili AFP agentliyinə bu barədə deyib: “Hökumət altı aylıq süründürməçilikdən sonra nəhayət həkimlərin Saakaşviliyə xəstəxanada baş çəkmələrinə icazə verib. Onlar onu müayinə edəcək və sonra nəticəni bildirəcəklər”.

Ukraynada müharibədən əvvəl bir neçə il Odessa qubernatoru vəzifəsində çalışmış və Ukrayna pasportu almış Saakaşvili Gürcüstana 2021-ci ilin 29 sentyabrında qayıdıb və dərhal həbs olunub. 6 il müddətinə azadlıqdan məhrum edilmiş eks-prezident hazırda səlahiyyətlərindən sui-istifadə maddəsi ilə iki cinayət işində ittiham olunur.

Bu işlərdən biri müxalifət mitinqinin zorakılıqla dağıdılması, digəri isə 2007-ci ildə müstəqil İmedi telekanalının zəbt edilməsi ilə bağlıdır. Saakaşvili habelə dövlətə xüsusilə böyük məbləğdə ziyan vurmaqda və Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunur.

Bu işlər üzrə məhkəmə prosesləri hələ davam edir.

Siyasətçinin səhhəti son bir ildə xüsusilə pisləşib. Onun tərəfdarları keçmiş prezidentin həbsxanada zəhərlənməsindən şübhələnirlər. 2023-cü ilin fevralında Tbilisi şəhər məhkəməsi Saakaşvilinin səhhətinin pisləşməsi ilə bağlı həbsxanadan azad olunmasına dair vəsatəti rədd edib.

Vəkilləri məhkəmə hökmlərinin icrasının təxirə salınmasını və ya onun cəzadan ümumiyyətlə azad edilməsini istəyirdilər. Məhkəmə Saakaşvilinin müalicə üçün xaricə göndərilməsinə dair vəsatəti də təmin etməyib.

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan hakimiyyətini “bir vaxtlar Gürcüstan prezidenti olmuş Ukrayna vətəndaşına iztirab verilməsini dərhal dayandırmağa” çağırmışdı və Saakaşvilinin Ukraynaya verilməsini tələb etmişdi.

Rəsmi Tbilisi bu çağırışları da cavabsız qoyub.

Azpost.info

Post navigation

Previous: Mustafa Babanlının vəzifəsi YAP İdarə Heyətinin üzvünə həvalə olunub
Next: “Bir sıra ölkələr Rusiyaya texnoloji blokada yaradıblar”

Oxşar xəbərlər

polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41
brexit-day-donald-tusk
  • Dünya

Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir

User 31 Oktyabr 2026 - 10:37

xƏBƏR

polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
Polşada Konstitusiya Tribunalı ətrafında siyasi böhran daha da kəskinləşib. Prezident Karol Navrotski gecə saatlarında polis kordonunu yararaq...
Read more about Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə
“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
Tramp 150-dən çox əfqanı deportasiya edir miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41
Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir brexit-day-donald-tusk
  • Dünya

Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir

User 31 Oktyabr 2026 - 10:37
Azərbaycan neftinin qiyməti 126 dolları ötüb neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

User 31 Oktyabr 2026 - 10:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.