“Gürcüstan NATO-nun köməyi ilə Cənubi Osetiya və Abxaziya məsələsini hərbi yolla həll edlə bilər”.
Azpost.info bildirir ki, bu sözləri tanınmamış Abxaziyanın rəhbəri Aslan Bjaniya bildirib. Onun sözlərinə görə, belə bir ssenari siyasi gündəlikdən çıxarılmayıb. Bunu Gürcüstanın NATO ilə birgə Qara dənizdə keçirdiyi son təlimlər də göstərir.
“Hər şeyin dinc yolla həllini arzulayırıq. Amma biz gərək belə xarakterli təlimlərə hazır olmalıyıq”-deyə Bjaniya vurğulayıb.