Tiflisdə seçkinin nəticələri bəlli oldu

31 Oktyabr 2021 - 11:15

Kaxa Kaladze 55,6 % səslə növbəti 4 il müddətinə Tbilisi şəhərinin meri seçilib.

Bu, Gürcüstan Mərkəzi Seçki Komissiyasının paytaxt üzrə 769 seçki məntəqəsinin 768-də (99,87%) səsləri saymasından sonra məlum olub.

Onun rəqibi – müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya isə 44,4 % toplayıb.