“Titanik”ə baxmaq üçün okeanın dərinliyinə enmiş turistləri tapa bilmirlər

Açıq okeanda itmiş turist batiskafının xilasetmə əməliyyatı ikinci gündür ki, davam edir.

Azpost.info bildirir ki, ABŞ və Kanadanın sahil mühafizəçiləri Titanik gəmisinin qalıqlarına baxmaq üçün okeanın dərinliyinə enmiş 5 nəfərlik sualtı qayığı tapmağa çalışırlar. Xilasedicilərin sualtı qayığı tapmaq üçün üç gündən az vaxtı qalıb.

KİV-in məlumatına görə, sualtı qayıq beş nəfərdən-pilotun özü, britaniyalı milyarder Hemiş Hardinq, OceanGate-in yaradıcısı Stokton Raş, fransalı peşəkar akvanavt Pol-Henri Narqole və əslən pakistanlı olan ingilis iş adamı Şahzadə Davud və oğlu Süleymandan ibarətdir.

“OceanGate” yardım gəmisi batiskafın suya endiyi yerə uğurla çatıb. Titanikin qalıqları təxminən 3,8 min metr dərinlikdə yerləşir.
Birbaşa enmə və su səthinə qalxmaq üçün şirkət təxminən səkkiz saat vaxt ayırır. Lakin ABŞ Sahil Mühafizəsinin məlumatına görə, batiskaf yerli vaxtla 21:13-də dərinliyə enmədən 1 saat 45 dəqiqə sonra onunla əlaqə kəsilib.

Sualtı qayığın istehsalçısı bildirib ki, batiskaf fövqəladə rejimdə maksimum 96 saat işləyə bilər.

Xilasedicilər batiskafın endiyi yeri  bilsələr də, onu sahildən bu qədər uzaqda tapmaq çox çətindir. Vəziyyəti batiskafın enməli olduğu dərinlik  daha da ağırlaşdırır. Xilasetmə əməliyyatında ABŞ Sahil Mühafizəsinin qüvvələri, Kanada, eləcə də fəlakət bölgəsində olan kommersiya gəmiləri iştirak edir. Bundan başqa, axtarışlarda okeanın səthini tədqiq edən C-130 təyyarəsi və sualtı qayıqların axtarışı üçün hidrolokatorla əchiz edilmiş iki P-8 təyyarəsi də iştirak edir.

Amerikanın “OceanGate” şirkəti on ildən artıqdır ki, Atlantik okeanının sularında batiskafla belə turlar təşkil edir. Əvvəlcə onun müştəriləri yalnız alimlər və okeanın dərinliklərini araşdıran tədqiqatçılar idi. 2021-ci ildən şirkət həmçinin 1912-ci ildə qəzaya uğrayan əfsanəvi Titanik gəmisinin qalıqlarına turist ekspedisiyaları təşkil etməyə başlayıb.

Gəminin dəqiq harada və hansı dərinlikdə ola biləcəyi hələlik məlum deyil. KİV-in məlumatına görə, batiskaf  2,9 min metr dərinlikdə riflə toqquşa bilər. Lakin OceanGate-in idarəedici direktoru Mark Batler deyib ki, xilasetmə missiyasını başa çatdırmaq üçün hələ kifayət qədər vaxt  var.

Azpost.info

Əvvəlki məqalə

Finlandiya Rusiyaya dəstək verən ölkələrə yardımı dayandıracaq

Sonrakı məqalə

Bahalı şəhərlərin reytinqi açıqlanıb –