“Titanik”ə baxmağa gedərkən itən turistlərin axtarışı gücləndirilib

Kanada Sahil Mühafizəsinin gəmisi və təyyarəsi batiskayla “Titanik”in qalıqlarına baxmağa gedərkən əlaqənin kəsildiyi “American OceanGate Expeditions” sualtı gəmisinin axtarışlarına qoşulub.

Bu barədə bazar ertəsi “Toronto Star” nəşri məlumat yayıb. Nəşrin xəbərinə görə, axtarış əməliyyatına ABŞ Sahil Mühafizəsi rəhbərlik edir, çünki Atlantik okeanının bu ərazisi ABŞ-ın yurisdiksiyasındadır.

Amerikalılar daha sonra Kanada tərəfdən kömək istəyiblər, bundan sonra xilasedici təyyarə və Kopit Hopson 1752 gəmisi axtarış bölgəsinə göndərilib.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.