TN: Yaşı 65-dən yuxarı olan müəllimlər əyani tədrisə cəlb olunacaq –

YENİLƏNİB
22 Sentyabr 2021 - 17:14

Təhsil Nazirliyi xüsumi karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan müəllimlərin tədrisə cəlb olunub-olunmayacağına aydınlıq gətirib.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yaşı 65-dən yuxarı olan təhsilverənlərin daimi işə cəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21 sentyabr 2021-ci il tarixli qərarı ilə “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələrin onların iş vaxtına daxil edilməsi və əməkhaqqının saxlanılması ilə bağlı bənd (4.2.3.) ləğv edilib.