Tofiq Yaqublu “City Hospital”a gətirilib –

YENİLƏNİB
12 Sentyabr 2020 - 20:51

Müsavat partiyasının üzvü, həbsdə olan Tofiq Yaqublu City Hospitala gətirilib.

Azpost.info bildirir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

Bununla bağlı digər hər hansı məlumat açıqlanmır.

**

Məlumata görə, Tofiq Yaqublu reanimasiyada yerləşdirilib. Həkimlərin nəzarəti altındadır.

Nigar Həzinin məlumatına görə, Tofiq Yaqublunun xəstəxanaya köçürülməsi onun vəkili Aqil Layıcın Avropa Məhkəməsinə 39-cu qaydaya görə ünvanladığı müraciət əsasında həyata keçirilir. Bu qayda əksər hallarda insan həyatı üçün geridönməz həyatı təhlüklər olduqda tətbiq olunur.