Tofiq Yaqublu Neyrocərrahiyyə Xəstəxanasına aparılıb

Tofiq Yaqublu xəstəxanaya aparılıb.

Bu barədə onun qızı Nigar Həzi məlumat paylaşıb.

O bildirib ki, atası ilə təcili yardım xidməti ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına gedirlər.

Qeyd edək ki, bu gün Bakıda keçirilən icazəsiz aksiya zamanı Tofiq Yaqubluya polis tərəfindən xəsarət yetirildiyi bildirilib.

Məsələ barədə DİN-nin yaydığı məlumatda deyilir ki, Tofiq Yaqublunun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar müvafiq qaydada araşdırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Almaniyada faşizm zamanından qalmış 250 kiloluq bomba partlayıb

Sonrakı məqalə

COVİD-ə yoluxan jurnalist Əvəz Qurbanlı xəstəxanaya yerləşdirilib