Almaniyada faşizm zamanından qalmış 250 kiloluq bomba partlayıb

Münxen dəmir yolu vağzalı yaxınlığında inşaat işləri zamanı bomba partlayıb.

APA-nın Almaniya polisindəki mənbəyə istinadla xəbərinə görə, hadisə nəticəsində biri ağır olmaqla 4 nəfər yaralanıb.

Hadisə dəmir yolu körpüsü yaxınlığında qazıntı işləri zamanı baş verib. Partlayış nəticəsində yerli və beynəlxalq qatarların hərəkəti dayanıb. Yerli polis bildirir ki, partlayan II Dünya Müharibəsindən qalmış 250 kiloqramlıq aviabomba olub. Sursatın indiyədək hansı səbəbdən aşkar edilməməsi şübhə doğurur. Çünki Almaniyada bir qayda olaraq minaaxtaranlar bütün inşaat sahələrini tikintidən əvvəl yoxlayırlar.

2020-ci ildə Teslanın Berlin yaxınlığındakı zavodunun inşaat sahəsində müharibədən qalmış 7 bomba aşkar edilmişdi. Ötən il həmçinin Köln, Dortmund və Ştutqartda döyük dağıdıcı gücə malik bombalar zərərsizləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“Rusiyanın aqressiv hücumu ona baha başa gələcək” –

Sonrakı məqalə

Tofiq Yaqublu Neyrocərrahiyyə Xəstəxanasına aparılıb