Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun apelyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.
Azpost.info bildirir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Tofiq Yaqublunun barəsindəki cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsi ilkin baxış iclasını 28.09.2020-ci il tarixə, saat 15:00-a təyin edilib.