Həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən apelyasiya şikayətinə baxılacaq vaxt dəyişdirilib.
Bu barədə T.Yaqublunun vəkili Aqil Layıcov deyib. O bildirib ki, 28 sentyabr 2020-ci il tarixə təyin edilmiş apelyasiya şikayətinin vaxtı dəyişdirilərək baxış iclası sentyabrın 18-i saat 16:00-a təyin edilib.
Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq: “Tofiq Yaqublunun barəsində olan hökmün qüvvəyə mindiyi vaxta qədər azadlığa buraxılması barədə verdiyim vəsatəti isə geri götürdüm”.
Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Tofiq Yaqublu səhhəti ilə əlaqədar sentyabrın 12-də istintaq təcridxanasından “City Hospital”a köçürülüb.