“Azərbaycan hüquqi dövlət olduğundan hər kəs insan hüquqları ilə bağlı məsələlərin ölkə daxilində hüquqi müstəvidə həllini istəyir. Bu baxımdan yanaşanda hesab edirəm ki, Tofiq Yaqublu barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmdən verilən şikayət apellyasiya instansiyasında obyektiv baxılacaq”.
Bu sözləri Milli Məclisin üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Tofiq Yaqublu ilə bağlı məhkəmə qərarını Gununsesi.info-ya şərh edərkən bildirib.
“Mən buna ümid edirəm. Bu iş tam obyektv araşdırılmalıdır. Ona görə bunu istəmirik ki, Azərbaycana hansısa beynəlxalq təşkilatdan təzyiq edilir və yaxud da çağırışlar var. Dediyim kimi Azərbaycan dövləti özü vətəndaşın hüquqlarının təminatında maraqlıdır. Ölkəmizdə instansiya məhkəmələri mövcuddur. Birinci instansiyadan narazı qalan vətəndaş daha yuxarı məhkəmə orqanlarında özünün şikayətini verə bilər”.