Tokayev Çin liderini “Qızıl qartal” ordeni ilə təltif etdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə səfərdə olan Çin lideri Si Cinpini “Altın Kıran” (“Qızıl qartal”) ordeni ilə təltif edib.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Çin lideri bu mükafata Çin və Qazaxıstan arasında münasibətlərin möhkəmlənməsinə və inkişafına verdiyi xüsusi töhfəyə görə layiq görülüb.

“Kasım-Jomart Tokayev Qazaxıstanla Çin arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə Çin Xalq Respublikasının Sədri Si Cinpini “Altın Kıran” ordeni ilə təltif edib”, – Qazaxıstan prezidentinin mətbuat xidməti bildirib.

Azpost.info

Əvvəlki məqalə

Putin və Ərdoğan sərhəddəki döyüşləri müzakirə edəcək –

Sonrakı məqalə

“Erməni tərəfindən 105 nəfər həlak olub”