Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Tokayevin 7 ili: Qazaxıstanı dəyişən islahatlar və Azərbaycanla yeni strateji xətt –

User 23 Sentyabr 2026 - 12:19 (Last updated: 23 Sentyabr 2026 - 12:19)
ferhad memmedov

Qazaxıstanda ölkə xalqının maraqlarını təmsil edən ali konstitusion məsləhətçi orqanın – Qazaxıstan Xalq Şurasının formalaşdırılması nəzərdə tutulur. Qurultayla yanaşı, bu qurum ölkənin nümayəndəlik institutlarından biri olacaq.

Konstitusiyaya dəyişikliklərlə bağlı referendumdan sonra Xalq Şurasının formalaşdırılması islahatların təşkilati mərhələsinin tamamlanması kimi qiymətləndirilir. Bununla da Qazaxıstanda dövlət idarəetmə sisteminin əsas konturları müəyyənləşir.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov Qazaxıstandakı prosesləri şərh edərək ölkənin son yeddi ildə keçdiyi siyasi və sosial-iqtisadi mərhələlərə diqqət çəkib.

Tokayevin hakimiyyətə gəlişi

Kasım-Jomart Tokayev 2019-cu ilin iyununda ilk dəfə Qazaxıstan Prezidenti seçilib.

Fərhad Məmmədovun fikrincə, həmin dövrdə prezident seçkisinin keçirilməsinə formal zərurət olmasa da, Tokayevin birbaşa xalq səsverməsi yolu ilə legitimlik əldə etməsi ölkədə yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyıb.

2019-cu ilin martında hakimiyyət səlahiyyətlərinin bölüşdürülməsindən sonra yaranan yeni siyasi şəraitdə keçirilən seçki prezidentə xalqın birbaşa mandatını verdi.

Bu mandatın əhəmiyyəti xüsusilə 2022-ci ilin yanvar hadisələri zamanı üzə çıxdı. F. Məmmədovun qənaətinə görə, birbaşa legitimlik Tokayevə dövlətçiliyin qorunması istiqamətində qətiyyətli qərarlar qəbul etmək imkanı verdi.

2022-ci ilin yanvarı Qazaxıstan dövlətçiliyi üçün ən ciddi sınaqlardan biri oldu. Ölkədə vəziyyətin sabitləşdirilməsi istiqamətində atılan addımlar nəticəsində böhran aradan qaldırıldı.

“İslahatlar sistem üçün stress-testdir”

Fərhad Məmmədov hesab edir ki, istənilən islahat dövlət idarəetmə sistemi üçün ciddi sınaqdır.

Onun fikrincə, Tokayevin prezidentliyi Qazaxıstanın sosial-siyasi həyatında köklü dəyişikliklərlə müşayiət olunub. Bu dəyişikliklər bir tərəfdən ölkənin reallıqlarına əsaslanıb, digər tərəfdən isə yeni inkişaf hədəfləri müəyyənləşdirib.

İslahatların əsas xüsusiyyətləri isə ardıcıllıq, varisliyin qorunması və dövlət idarəetməsinin səmərəliliyinin artırılması olub.

F.Məmmədovun fikrincə, bu proseslərin əsas məqsədi Qazaxıstanın müxtəlif risklər qarşısında dayanıqlılığını artırmaqdır. Müasir dövrdə risklərin əhəmiyyətli hissəsi xarici mühitdə formalaşdığı üçün ölkə daxilində siyasi və sosial sabitliyin qorunması xüsusi əhəmiyyət daşıyır.

Qazaxıstanın iqtisadi imkanları genişlənir

Fərhad Məmmədovun qeyd etdiyi əsas məqamlardan biri də Qazaxıstanın son yeddi ildə iqtisadi sahədə əldə etdiyi nəticələrdir.

Onun sözlərinə görə, ölkədə orta təbəqənin sayı və keyfiyyəti artıb, sosial sahədə “Ədalətli Qazaxıstan” proqramı çərçivəsində xidmətlər genişləndirilib, maliyyə ehtiyatları artırılıb, xarici investisiyalar cəlb olunub və strateji layihələr həyata keçirilib.

Məmmədov bu nəticələrin arxasında Qazaxıstan Prezidentinin siyasətinin dayandığını bildirir.

Onun fikrincə, hazırkı mürəkkəb geosiyasi şəraitdə – güc mərkəzləri arasında qarşıdurmanın, sanksiya müharibələrinin və beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənliyin artdığı bir vaxtda – Qazaxıstan inkişaf və quruculuq siyasətini davam etdirir.

Azərbaycan-Qazaxıstan müqayisəsi

F.Məmmədov Qazaxıstanın coğrafi və geosiyasi xüsusiyyətlərinin də ölkənin xarici siyasətinə təsir etdiyini vurğulayır.

Dənizə birbaşa çıxışı olmayan dövlət üçün qonşularla münasibətlərin və regional əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını qeyd edən ekspert Azərbaycan və Qazaxıstan arasında müəyyən oxşarlıqların olduğunu bildirir.

Onun fikrincə, hər iki ölkəyə hazırkı mürəkkəb beynəlxalq şəraiti yaxşı anlayan, riskləri idarə etməyə çalışan və strateji əməkdaşlığın inkişafına xüsusi diqqət yetirən prezidentlər rəhbərlik edir.

Məmmədov Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkələr arasında strateji tərəfdaşlığın və müttəfiqliyin inkişaf etdirilməsi istiqamətində atdığı addımlara diqqət çəkir.

“Davamlı hərəkət və islahatlar”

Fərhad Məmmədovun qiymətləndirməsinə görə, Tokayevin prezidentliyinin yeddi ili Qazaxıstanda davamlı siyasi və institusional dəyişikliklərlə yadda qalıb.

Onun fikrincə, həyata keçirilən islahatlar keçmişdə buraxılmış səhvlərin təkrarlanmasının qarşısını almaq, ölkənin təhlükəsizliyini və sabitliyini gücləndirmək, eləcə də Qazaxıstanın həm milli, həm də regional səviyyədə inkişaf imkanlarından maksimum istifadə etməsinə şərait yaratmaq məqsədi daşıyır.

Məmmədov bu dövrü “inkişafın dönməz xarakter aldığı” mərhələ kimi xarakterizə edir.

AzPost.az

Post navigation

Previous: ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib
Next: Pakistanda silahlı dəstə naziri küçədə qaçırdı –

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident, 8...
Read more about Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.