Tokioda Sindzo Abenin dəfn mərasimi keçirilir

Tokioda Yaponiyanın sui-qəsd nəticəsində öldürülən keçmiş Baş naziri Sindzo Abenin dəfn mərasimi keçirilir.

Azpost.info xəbər verir ki, mərasim Jojoji Məbədində bağlı qapılar arxasında davam edir. Məbədin ərazisində arzu edənlərin Abenin portretinin yanında gül qoya biləcəyi yer təşkil edilib.

Mərasimdə yalnız Sindzo Abenin qohumları və dostları iştirak edə bilər. Ailə hələ Abenin dəfn olunacağı yeri açıqlamayıb. KİV-in məlumatına görə, o, Yamaquçi prefekturasının Naqato şəhərində dəfn oluna bilər. Onun atası, Yaponiyanın keçmiş xarici işlər naziri Sintaro Abe də orada dəfn olunub.

Cənazə maşını məbəddəki mərasimdən sonra Tokionun mərkəzi küçələrindən keçərək yas mərasimi zalına gələcək. Kortej baş nazirin iqamətgahı, Abenin rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının qərargahı və Yaponiya parlamentinin binası qarşısından keçəcək.

Azpost.info

Əvvəlki məqalə

Özünü yandıran qazi vəfat etdi

Sonrakı məqalə

“ATV çox danışmır, baxılanı göstərir”-