Tovuz istiqamətində Ermənistanın kvadrokopteri zərərsizləşdirilib

Azərbaycan Ordusu Tovuz istiqamətində Ermənistanın kvadrokopterini zərərsizləşdirib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.