Tovuzda 18 yaşlı qızı oğurladılar –Qaxda isə 15 yaşlı məktəbli qız itkin düşüb

Tovuzda 18 yaşlı qız evlənmək məqsədilə oğurlanıb.

Trend-in məlumatına görə, hadisə rayonun Əhmədabad kəndində baş verib.

Rayonun Abdal kənd sakinləri, 1992-ci il təvəllüdlü Zeynalov Tural Nazim oğlu, 1996-cı il təvəllüdlü Musayev Pərviz Vüqar oğlu və 1994-cü il təvəllüdlü Qasımov Mehman Məhəmməd oğlu qabaqcadan əlbir olaraq rayonun Əhmədabad kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədova Şəbnəm Ziyad qızını evinin yaxınlığından zorla maşına mindirərək evlənmək məqsədilə Gədəbəy rayonunun Tərsyer kəndinə apararaq orada saxlayıblar.

Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məmmədovanın yeri müəyyən edilib və qız rayon polis şöbəsinə gətirilib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (mütəşəkkil dəstə və cinayətkar birlik tərəfindən adam oğurluğu) maddəsilə cinayət işi başlanıb, T.Zeynalov, P.Musayev və M.Qasımov şübhəli şəxs qismində saxlanılıb.

Qax rayonunda isə məktəbli qız itkin düşüb.

Hadisə rayonun A.Məmmədov küçəsi, ev 10-da baş verib. Həmin ünvanda yaşayan, 2004-cü il təvəllüdlü İsmayılzadə Elmira Samir qızı oktyabrın 10-da səhər saat 10 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı xalqı təbrik etdi

Sonrakı məqalə

Gələn il pensiyaların məbləği 293 manat olacaq –