Tramp:“ABŞ şirkətlərinə ancaq ABŞ vergi tətbiq edə bilər”

“NATO-ya hamıdan çox Fransanın ehtiyacı var. Fransanın ABŞ şirkətlərinə vergi tətbiq etməsini istəmirəm. ABŞ şirkətlərinə ancaq ABŞ vergi tətbiq edə bilər, Fransa yox”.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp Londonda NATO baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında deyib.

Donald Tramp Fransa prezidenti Emmanuel Makronun NATO haqqında “ölmüş beyin” ifadəsini də münasibət bildirib. O, bunun hörmətsizlik və təhqiramiz ifadə olduğunu qeyd edib: “Düşünürəm ki, Fransada işsizlik çox yüksək səviyyədədir. Fransa ümumiyyətlə, iqtisadi cəhətdən yaxşı vəziyyətdə deyil”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan və Rusiya XİN arasında protokol imzalanıb

Sonrakı məqalə

35 nömrəli məktəbdə təhlükəli çatlar yaranıb