Tramp Avropanı İranla nüvə sazişindən çıxmağa çağırdı:

"Yeni saziş hazırlanmalıdır"
09 Yanvar 2020 - 08:53

Böyük Britaniya, Almaniya, Fransa, Rusiya və Çin İranla nüvə sazişinin qalıqlarından uzaqlaşmalıdır.

Bunu ABŞ Prezidenti Donald Tramp İranın ABŞ-ın İraqdakı bazalarına hücumu ilə əlaqədar Ağ Evdə çıxışı zamanı söyləyib

D.Tramp deyib: “İran nüvə ambisiyalarından əl çəkməli və terrorizmi dəstəkləməyi dayandırmalıdır. Böyük Britaniya, Almaniya, Fransa, Rusiya və Çinin artıq bu reallığı qəbul etmək vaxtı gəlib. İndi onlar İran razılaşmasının qalıqlarından ayrılmalıdırlar. Dünyanı daha təhlükəsiz etmək, İranla saziş bağlamaq üçün hamımız birlikdə çalışmalıyıq. İranın çiçəklənməsinə və geniş potensialından istifadə etməsinə imkan verən bir saziş. İran zorakılıq, iğtişaş, nifrət və müharibəni davam etdirərkən Yaxın Şərqdə sülh və sabitlik ola bilməz”