Tramp bu gün həbs ediləcək? –"Əlləri qandallanmayacaq" /"Bloomberg"

ABŞ-ın keçmiş prezidenti Donald Trampa Nyu-York məhkəməsində cinayət işi açılsa belə, ictimaiyyətin gözü qarşısında qandallanmayacaq və həbs edilməyəcək.

“Bloomberg”in məlumatına görə ittiham irəli sürüləcəyi təqdirdə, Trampın barmaq izi alınacaq və cinayət işi üçün onun profilində və sifətinin şəkli tam çəkiləcək.

Eks-prezident ABŞ Məxfi Xidmətinin nəzarəti altında qalacaq və əlləri qandallanmayacaq.

Bundan başqa, Trampa qarşı ciddi cinayət ittihamı irəli sürülməyəcək, ona görə də onun saxlanması məsələsi qaldırılmayacaq.

Tramp martın 18-də Manhetten dairə prokurorunun apardığı istintaqla əlaqədar martın 21-də saxlanacağını açıqlayıb.

Əvvəlki məqalə

Laçın yolundakı etiraz aksiyasının 100-cü GÜNÜ

Sonrakı məqalə

Bayden koronavirusla bağlı bəzi məlumatların məxfiliyini ləğv edib