ABŞ prezidenti Donald Tramp Çin Sədri Si Cinpinqdən İranla münaqişənin həllində kömək istəməyib.
Azpost.info-nun məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Biz Çindən kömək istəmirik. Onların köməyinə ehtiyacımız yoxdur”, – Rubio NBC News-a verdiyi müsahibədə deyib.
Dövlət katibinin sözlərinə görə, Trampın Si Cinpinlə danışıqları zamanı Amerika lideri çinli həmkarından heç nə istəməyib.
Rubio həmçinin bildirib ki, Vaşinqton Çindən həddindən artıq asılılığı ABŞ-ın milli təhlükəsizliyi və iqtisadiyyatı üçün təhdid hesab edir.
O, bildirib ki, vacib təchizat üçün başqa bir ölkədən tam asılılıq ölkəni həssas edir.
Eyni zamanda, dövlət katibi qeyd edib ki, ABŞ hələ də bir sıra sahələrdə Çinlə əməkdaşlıq imkanları görür, lakin potensial birgə layihələrin təfərrüatlarını açıqlamayıb.