Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Tramp Çin sədrini hava limanında qarşılayıb

User 24 Sentyabr 2026 - 09:20 (Last updated: 24 Sentyabr 2026 - 09:20)
tramp cin sedri

ABŞ Prezidenti Donald Tramp dövlət səfəri ilə Vaşinqtona gələn Çin Sədri Si Cinpini Endryus hərbi aviabazasında şəxsən qarşılayıb.

Xarici medianın məlumatına görə, Çin lideri üçün qırmızı xalça sərilib, fəxri qarovul düzülüb. Tramp və Si Cinpin əl sıxaraq bir neçə dəqiqə söhbət ediblər.

Mərasim zamanı Çin və ABŞ-ın dövlət himnləri səsləndirilib, artilleriya yaylım atəşi açılıb. Aviabazanın üzərindən B-1 bombardmançıları da daxil olmaqla ABŞ hərbi təyyarələri uçub. Ağ Evin məlumatına görə, aerodromda altı F-16 və altı F-22 qırıcısı da yerləşdirilib.

Donald Tramp və birinci xanım Melaniya Tramp Si Cinpin və həyat yoldaşı Pen Liyuanı avtomobilədək müşayiət ediblər.

Çin XİN-in məlumatına görə, Si Cinpinin ABŞ-a dövlət səfəri sentyabrın 23-dən 25-dək davam edəcək.

“Financial Times” daha əvvəl yazıb ki, ABŞ Prezidentinin Çin liderini şəxsən Endryus aviabazasında qarşılaması protokol baxımından qeyri-adi addımdır. Nəşrin məlumatına görə, ABŞ-ın fəaliyyətdə olan prezidenti sonuncu dəfə 1962-ci ildə – Con Kennedi Böyük Britaniyanın Baş naziri Harold Makmillanı qarşıladıqda xarici lideri bu aviabazada şəxsən qarşılayıb.

AzPost.az

Post navigation

Previous: Bu günə olan valyuta məzənnələri
Next: Paşinyan İran prezidenti ilə görüşüb

Oxşar xəbərlər

tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14

xƏBƏR

tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
ABŞ Prezidenti Donald Tramp İranla genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamasını az ehtimallı hesab etdiyini bildirib. Tramp bu...
Read more about “İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP
erdo qayit01
  • Sosial

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08
Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.