Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Tramp “Google” şirkətini məhkəməyə verəcək

User 28 Sentyabr 2024 - 15:05 (Last updated: 21 May 2025 - 20:15)
googlee

ABŞ-ın sabiq Prezidenti və Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp “Google” şirkətini məhkəməyə verəcəyini bildirib.

Tramp bu şirkətin məlumat bazasında onun haqqında mənfi xarakterli məlumatlar yayıldığı, bunun əksinə, rəqibi – Demokratlar partiyasından namizəd Kamala Harris barədə müsbət materiallar yerləşdirildiyi iddiasını irəli sürüb.

Donald Tramp 2024-cü il seçkilərində qalib gələcəyi təqdirdə “Google” şirkətini mühakimə edəcəyi ilə hədələyib və texnologiya nəhəngini vitse-prezident Kamala Harrisin xeyrinə axtarış nəticələrini manipulyasiya etməkdə günahlandırıb. O, “Truth Social” şəbəkəsindəki paylaşımında şirkətin onun haqqında mənfi yazılara üstünlük verən qeyri-qanuni bir sistem qurduğunu iddia edib.

Konkret bir fakta istinad etməyən Tramp xəbərdarlıq edib ki, seçiləcəyi təqdirdə ABŞ Ədliyyə Departamentini seçkilərə “açıq-aşkar müdaxilə” edən “Google” şirkətini mühakimə etməyə çağıracaq.

ABŞ-ın sabiq Prezidentinin iddiasına görə, özünün seçki kampaniyası ilə bağlı veb-sayta keçid etməzdən əvvəl “Google”da “New York Times” və “Politico” kimi sol təmayüllü nəşrlərdə dərc olunmuş mənfi yazılar üzə çıxır.

“Google” Trampın ittihamlarını rədd edib. Anonim qalmaq istəyən şirkətin nümayəndəsi axtarış nəticələrinin internetdə mövcud olan və daim dəyişən məzmunu əks etdirdiyini, hər hansı bir namizədə üstünlük vermək üçün manipulyasiya edilmədiyini bildirib. O əlavə edib ki, Media Tədqiqat Mərkəzi müəyyən bir gündə konkret axtarış terminini yoxlayaraq qeyd edib ki, həm Tramp, həm də Harrisin kampaniya saytları ən yüksək səviyyədə təqdim olunub.

Post navigation

Previous: “İran “Hizbullah”ın qərargahına hücumu ilə bağlı tədbir görəcək” –
Next: Prezident Naftalan nefti ilə bağlı sərəncam imzaladı

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.