ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaların qüvvəyə mindiyini açıqlayıb.
“RİA Novosti” xəbər verir ki, amerikalı lider Vaşinqtonun hansı sərt tədbirlərə əl atdığını bildirməyib.
ABŞ-ın İrana qarşı əvvəlcədən elan edilmiş sanksiyaları nə vaxt tətbiq edə biləcəyi ilə bağlı jurnalistlərin sualına isə Tramp: “dərhal”, – deyə cavab verib.
“İndi onlar əhəmiyyətli dərəcədə artırılıb. Mən bunu təzəlikcə Maliyyə Nazirliyi ilə təsdiqlədim”, – Tramp belə deyib.
ABŞ lideri söhbətin hansı sanksiyalardan getdiyinə toxunmayıb, ancaq əlavə edib ki, bununla bağlı müvafiq açıqlama veriləcək.