Tramp İranı vuracağı ilə hədələdi –"52 hədəfə sərt zərbələr endiriləcək"

ABŞ Prezidenti Donald Tramp ABŞ-a məxsus obyektlərə hücum ediləcəyi təqdirdə İranın 52 hədəfinə “sürətli və güclü zərbə” endiriləcəyini bəyan edib.

Bu barədə Tramp rəsmi “Twitter” səhifəsində yazıb.

ABŞ Prezidenti qeyd edib ki, bu, bir xəbərdarlıqdır: “İran amerikalılara və ya ABŞ-ın əmlakına hücum edərsə, İranın 52 mövqeyini hədəfə alacağıq (illər əvvəl İran tərəfindən tutulan 52 ABŞ girovuna görə)”. 

O, əlavə edib ki, bu hədəflər İran və İran mədəniyyəti üçün çox əhəmiyyətli və vacıbdır: “Həmin hədəflərə və İrana zərbələr tez və sərt şəkildə endiriləcək. ABŞ artıq heç bir təhdid istəmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda “təcili yardım” qatarla toqquşdu –

Sonrakı məqalə

Azərbaycanın neft-qaz sektoruna qoyulan sərmayənin həcmi azalıb –