Azərbaycanın neft-qaz sektoruna qoyulan sərmayənin həcmi azalıb –RƏQƏMLƏR

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 4,8 milyard manat investisiya yatırılıb, bu isə 2018-ci ilin analoji dövrü (5,3 milyard manat) ilə müqayisədə 10,41 faiz daha azdır.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ən çox investisiya sentyabr ayında qeydə alınıb – 537,9 milyon manat, ən az isə fevralda – 358,9 milyon manat.

Qeyd edək ki, 2018-ci ildə neft və qaz sektoruna demək olar ki, 6 milyard manat investisiya yatırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp İranı vuracağı ilə hədələdi –

Sonrakı məqalə

Qasım Süleymani ilə vida mərasimi başlayıb –