“Tramp İranla döyüşə hazırdır” –Vitse-prezident Vens

“Prezidentin mənə dedi ki, biz döyüşə hazırıq. Biz bu yolla getmək istəmirik. Amma prezident lazım gələrsə, bu yolla getməyə hazırdır və bacarır.”

Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Vens İranla bağlı danışıqların perspketivini şərh edərkən deyib. Vensın sözlərinə görə, administrasiya iki variantı nəzərdən keçirir: ya İranın nüvə silahı qabiliyyətini birdəfəlik aradan qaldıran razılaşma, ya da ABŞ-ın hərbi əməliyyatlarının bərpası.

“Biz inanırıq ki, iranlılar razılaşma istəyirlər. Prezident bizə vicdanla danışıqlar aparmağı tapşırıb. Və biz məhz bunu edirik.”-Vans deyib.

Lakin Vens xəbərdarlıq edib ki, diplomatiya Trampın əsas tələbini – Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq tələbini poza bilməz: “B variantı ABŞ-ın məqsədlərinə çatmağa davam etmək üçün hərbi əməliyyatların bərpasıdır. Amma prezident bunu istəmir. Düşünmürəm ki, iranlılar da bunu istəyirlər.”

Vens bildirib ki, ABŞ artıq İranın ənənəvi ordusunu əhəmiyyətli dərəcədə zəiflədib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.