ABŞ prezidenti Tramp İsrailə xəbərdarlıq edib.  AzPost bildirir ki, o bu barədə Truth Social səhifəsində yazıb. Tramp İsraili İrana zərbə endirməməyə çağırıb, əks təqdirdə bunun atəşkəsin ciddi şəkildə pozulmasına səbəb olacağını deyib. "İsrail. O bombaları atmayın! Bunu etsəniz, bu, ciddi pozuntu olacaq. Təcili pilotlarınızı evə qaytarın", - Tramp Truth Social səhifəsində yazıb.

AzPost.az