ABŞ prezidenti Tramp istədiyi vaxt Rusiyaya gələ bilər. AzPost bildirir ki, bunu Kremlin sözçüsü Peskov bildirib.
O qeyd edib ki, Rusiya və ABŞ prezidentləri arasında söhbət Moskva və Vaşinqtonun problemləri dialoq yolu ilə həll etməyə hazır olduğuna dair güclü siqnaldır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin görüşü Səudiyyə Ərəbistanında fevralın sonlarında baş tuta bilər.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşr iddia edir ki, Rusiya və ABŞ nümayəndələri gələn həftə Ər Riyadda Putin və Trampın mümkün görüşünə hazırlıq məqsədilə bir araya gələcəklər.
Xatırladaq ki, fevralın 12-də ABŞ prezidenti və Rusiya Prezidenti Vladimir Putin danışıqlar aparıb və şəxsən görüşmək barədə razılığa gəliblər. Bu, Respublikaçıların ikinci müddətində iki dövlət başçısı arasında ilk rəsmi dialoqdur.
Telefon danışığı 1,5 saat davam edib. Tramp Putinin ABŞ-a səfərini səbirsizliklə gözlədiyini bildirib və liderlərin görüşünün Səudiyyə Ərəbistanında baş tuta biləcəyini də bildirib. Putin də öz növbəsində Trampı Moskvaya dəvət edib.
Bu söhbətdən sonra Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə zəng edib. ABŞ liderinin fikrincə, Zelenski ilə söhbət yaxşı keçib.
Tramp tərəflərin yaxın vaxtlarda atəşkəslə bağlı razılığa gələ biləcəklərinə əmin olduğunu bildirib.
Zelenski isə qeyd edib ki, Ukrayna hamıdan çox sülh istəyir.