Tramp Kanadanın baş nazirini “ikiüzlü” adlandırdı

NATO liderləri çərşənbə axşamı Bukingem Sarayındakı qəbul zamanı ABŞ prezidenti Donald Trumpı müzakirə ediblər.

Kanadanın baş naziri Castin Trudonun kamera görüntülərində Fransa Prezidenti Emmanuel Makrona və Britaniyanın baş naziri Boris Consona “40 dəqiqə davam edən mətbuat konfransı keçirdiyi üçün gecikib” dediyini eşitmək mümkündür.

Trudo həmçinin deyib ki, Trampın komandasının “necə məəttəl qaldığını indicə gördünüz”.

Trudo və Tramp daha öncə çərşənbə axşamı görüşüblər.

ABŞ prezidenti çərşənbə axşamı günü Vinfild Evində jurnalistlərlə iki saatdan artıq söhbət edib. Donald Tramp yayılan görüntülərə reaksiya verib. O, Almaniya kansleri Angela Merkel ilə baş tutan görüşdə Kanadanın baş naziri Castin Trudonu “ikiüzlü” olmaqda günahlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xəzər rayonunda avtomobil yollarının yenidən qurulmasına 11,8 milyon manat ayrıldı

Sonrakı məqalə

Bakıda “Nəsimi 650: haqqın carçısı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib –