Tramp Kapitoliyə hucumla bağlı dinləmələr üçün Konqresə çağırılıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının 2021-ci ilin yanvarında Kapitoliyə hücumu araşdıran xüsusi komitəsi sabiq prezident Donald Trampı dinləmələrə çağırıb.

Sabiq prezidentdən noyabrın 4-dək müvafiq sənədləri təqdim etmək və 14 noyabrdan etibarən dinləmələrdə iştirak etmək tələb olunub.

Donald Trampın Konqresin çağırışına münasibəti hələ ki məlum deyil. (APA)

Əvvəlki məqalə

“Red Bull” şirkətinin qurucusu vəfat edib

Sonrakı məqalə

Masallı sakinini Ağstafada qatar vurub