Tramp koronavirusun sonu barədə açıqlama verdi:"Apreldə epidemiya başa çatacaq"

ABŞ prezidenti Donald Tramp koronavirus epidemiyasının bu ilin aprelində sona çatacağını bildirib.

Bu barədə RİA “Novosti” xəbər verir. “Koronavirus barədə, insanlar düşünürlər ki, o isti səbəbindən apreldə gedəcək”, – deyə ABŞ prezidenti qubernatorlarla görüşdə bildirib.

“Ümumiyyətlə, isti belə virusu öldürür”, – Tramp deyib. ABŞ prezidentinin sözlərinə, Çin virus epidemiyasının apreldə başa çatacağı barədə onu əmin edib.

Tramp həmçinin deyib ki, ABŞ-da koronavirusla mübarizədə “vəziyyət yaxşıdır”.

Qeyd edək ki, Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin sayı 13 nəfərə çatıb. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milyarder İlon Mask izləyicilərini “Facebook” dan imtina etməyə çağırıb

Sonrakı məqalə

Bakıda 40 yaşlı kişi küçədə soyuqdan donaraq ölüb