Tramp Misir prezidentini “sevimli diktator” adlandırıb –Hamı heyrətlənib

ABŞ prezidenti Donald Tramp “Böyük yeddilik “ölkələrinin Fransanın Biarrits şəhərində keçirilən zirvə topantısında daha bir qalmaqala imza atıbmış.

Ölkənin “The Wall Street Journal” qəzetinin verdiyi xəbərə görə, Birləşmiş Ştatların dövlət başçısı Misir prezidenti Əbdülfəttah əl-Sisini adını çəkərkən onu əslində rüsvay edib.

Qəzetin bildirdiyinə görə, insident sammitin keçrildiyi “Hotel du Palais” otelinin zallarından birində baş verib. Burada Donald Tramp misirli həmkarı ilə görüş keçirməli imiş.

“Mənim sevimli diktatorum harda qaldı”,-deyə ABŞ prezidenti bu sözləri elə ucadan səsləndirib ki, onu amerikalı və misirli diplomatların hamısı eşidib.

Qəzet bundan sonra Ağ Evin rəhbərinin sözlərinin zarafat kimi anlaşılmasına rəğmən, zalda uzun müddət pərtlik sezildiyini yazıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir