Tramp Nensi Pelosini “heyvan” adlandırdı- “Politico”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nümayəndələr Palatasının spikeri Nensi Pelosini sərt tənqid edib.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” yazıb.

Nəşrin məlumatına görə, Ağ Evin keçmiş rəhbəri Pelosini “heyvan” adlandırıb.

“Fikrimcə, o, həm də bir heyvandır. Deyəcəklər ki, nə dəhşətli şeydir, o, Nensi Pelosini heyvan adlandırıb. Onun bu ölkədə bizə etdikləri…”, – Tramp Ohayodakı mitinqdə deyib.

Mitinq zamanı ABŞ-ın keçmiş prezidenti Nümayəndələr Palatasının sədrini “dəli Pelosi” də adlandırıb.

Azpost.info

Əvvəlki məqalə

Prezident Zəfər Günü Şuşaya gedib –

Sonrakı məqalə

Prezident İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışı –