Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Tramp niyə Ərdoğanı Rusiya neftindən imtina etməyə çağırdı?

User 26 Sentyabr 2025 - 00:11 (Last updated: 26 Sentyabr 2025 - 00:11)
tramp erdoqan gorus
Tramp Ərdoğanı Rusiya neft-qazından imtina etməyə çağırıb.
Bu tələb təkcə Türkiyəyə deyil, bütün NATO üzvlərinə ünvanlanıb. Tramp Rusiya neftinin ən böyük müştərilərindən olan Macarıstanın baş naziri Orbanla da bu mövzuda müzakirə aparıb.
Türkiyə 2024-cü ildə Rusiyadan neft idxalını 36% artıraraq gündəlik 323 min barelə çatdırıb. Rusiyadan ötən il alınan təbii qazın həcmi isə 21,5 milyard kubmetr təşkil edib. Bu həcmləri qısa müddətdə sıfırlamaq Türkiyə üçün asan iş deyil.
ABŞ-ın niyyəti Ukraynada müharibə başladıqdan sonra Avropa enerji bazarında strateji tədarükçü rolunu itirən Rusiyanı tamamilə bu bazardan kənara atmaq və onun yerini tutmaqdır. Həm Avropa Birliyi, həm də Türkiyə Trampın bu iştahını təmin etmək üçün addımlar atır.
Bu gün imzalanan anlaşmaya əsasən Türkiyə ABŞ-dan 20 il ərzində 70 milyard kubmetr maye qaz alacaq. İki ölkə nüvə enerjisi sahəsində də əməkdaşlıq barədə razılığa gəlib. (Bundan başqa, Türkiyə ABŞ-dan 200-dən çox “Boeing” sərnişin təyyarəsi satın alacaq). Məlum olduğu kimi, Ankara mülki nüvə enerjisi sahəsində Rusiya ilə strateji tərəfdaşlıq qurub. Mersində Rusiyanın mülkiyyətində olan (həm obyekt, həm də ərazi) Akkuyu AES-in “Rosatom” tərəfindən tikintisi davam edir. Türkiyə hökuməti Sinopda inşa etmək istədiyi ikinci AES-in də tikintisini Rusiyaya həvalə etmək istəyir(di), lakin Tramp dövründə bunun baş tutması qeyri-mümkün görünür.
Bayden dövründə ABŞ Rusiyaya qarşı sanksiyalar məsələsində Türkiyəyə müəyyən hərəkət sərbəstliyi tanımışdı. Türkiyə Ukrayna və Qərblə Rusiya arasında bir növ körpü missiyası yerinə yetirirdi. İndi belə görünür ki, Tramp bu cür ikili siyasəti qəbul etmir və hər kəsi tərəf seçməyə vadar etmək istəyir. Trampın “Ərdoğana hamı hörmət edir, o, müharibənin dayandırılması üçün təsir gücündən istifadə edə bilər. Lakin hazırda o, neytraldır. Çox neytraldır” – sözləri də bunu təsdiqləyir.
Rusiya və Qərb arasında hərarətin artdığını göstərən növbəti önəmli hadisə də budur ki, Moskvada Britaniya, Fransa və Almaniya diplomatları ilə Rusiya nümayəndələri arasındakı qapalı görüşdə avropalılar Moskvanı Avropa ölkələrinə qarşı provokasiyaları dayandırmağa çağıraraq NATO hava məkanını pozacaq Rusiya təyyarələrinin vurula biləcəyi barədə xəbərdarlıq ediblər.
Şahin CƏFƏRLİ
Politoloq

AzPost.az

Post navigation

Previous: Rusiyada pulunların üzərində çarların şəklini əks olunması təklif edilir
Next: Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasında çıxışı –

Oxşar xəbərlər

abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.