ABŞ prezident Trampın komandası artıq növbəti 100 gün üçün plan hazırlayır.
AzPost bildirir ki, bu barədə Reuters Ağ Evə istinadən məlumat yayıb.
Agentlik yazır ki, Trampın komandası qarşıdakı 100 gün ərzində ticarət sövdələşmələri və sülh danışıqlarına diqqət yetirəcək.
Məlumatda deyilir ki, ABŞ prezidenti gələn ay uzunmüddətli səfərə çıxacaq. Tramp Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər edəcək və Ukrayna və Rusiya arasında müharibənin sülh yolu ilə həllində iştirakını davam etdirəcək.