Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Tramp Obamanın Ağ Evdəki portretini gözdən uzaq yerə köçürdüb

User 11 Avqust 2025 - 16:25 (Last updated: 11 Avqust 2025 - 16:25)
obama01

ABŞ prezidenti Donald Tramp ABŞ-ın keçmiş liderləri Barak Obama, Corc Buş (ata)  və  kiçik Corc Buşun portretlərinin Ağ Evin ziyarətçilər üçün bağlı olan hissəsinə köçürülməsinə göstəriş verib.

AzPost bildirir ki, bu barədə CNN mənbələrə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, əvvəllər Ağ Evin girişində yerləşdirilən Vaşinqton administrasiyasının 44-cü rəhbəri Obamanın portreti şəxsi iqamətgaha aparan pilləkənin yuxarı hissəsinə köçürülüb. Bu ərazi ziyarətçilər üçün tamamilə bağlıdır: girişə yalnız prezidentin ailə üzvləri, ABŞ Məxfi Xidmətinin əməkdaşları və Ağ Evin məhdud sayda əməkdaşlarına icazə verilir. Mənbə qeyd edib ki, hər iki Buşun portretləri də prezident iqamətgahının bu bölməsinə köçürülüb.

CNN qeyd edir ki, bu addım Trampla Obama arasında uzun müddətdir davam edən gərginliyi nümayiş etdirir. Telekanal vurğulayır ki, Trampın Buş ailəsi ilə münasibətlərində də uzun müddətdir davam edən ziddiyyətlər var. Corc Buş və həyat yoldaşı bu il Trampın andiçmə mərasimində iştirak etsə də, sonrakı tədbirlərdə iştirak etməyib.

Mənbələri bildiriblər ki, Tramp Ağ Evin interyerindəki bütün dəyişikliklərə ən xırda detallara qədər şəxsən nəzarət edir. Obamanın portreti əvvəllər prezident iqamətgahının foyesinin bir başından digərinə köçürülmüşdü. Şəkil seçki kampaniyası zamanı Trampa qarşı sui-qəsd səhnəsini əks etdirən rəsmlə əvəzlənmişdi.

Ağ Evin protokoluna əsasən, son illərin prezidentlərinin portretləri binanın girişində görkəmli yerlərdə yerləşdirilməlidir ki, onları rəsmi tədbirlərdə qonaqlar və turistlər görə bilsinlər.

AzPost.az

Post navigation

Previous: Azərbaycanın Rusiyadan iqtisadi asıllığı varmı? –
Next: Lənkəranda “Zərərli ideologiyalar: Yayılma yolları və müdafiə strategiyaları” barədə tədbir keçirildi

Oxşar xəbərlər

ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.