Tramp Pentaqonun rəhbəri Esperi vəzifəsindən azad etdi

09 Noyabr 2020 - 22:58

ABŞ Prezidenti Donald Tramp Müdafiə Naziri Mark Esperi vəzifəsindən azad edib.

Bu barədə ABŞ prezidenti tvitterdə yazıb.

Tramp bildirib ki, Pentaqon rəhbərinin vəzifələrini Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Kristofer Miller icra edəcək: “Milli Terrorla Mübarizə Mərkəzinin direktoru (Senat tərəfindən yekdilliklə təsdiqlənən) kristofer Millerin bundan sonra Müdafiə Naziri vəzifəsini icra edəcəyini elan etməkdən məmnunluq duyuram. Kris çox yaxşı iş görəcək! Mark Esper kənarlaşdırıldı. Xidmətinə görə ona təşəkkür etmək istəyirəm”.

Qeyd edək ki, son aylarda mətbuatda Esperin istefa verməsi barədə xəbərlər yayılmışdı.