ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezidentlik yarışında iştirakını elan edən kimi, “Save America” siyasi fəaliyyət komitəsinin rəhbəri kimi nəzarətində olan 103 milyon dollara çıxış imkanını itirəcək.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazır.
Tramp bu vəsaitin yalnız 5 min dollarını seçki kampaniyasının ehtiyacları üçün götürə biləcək. Bu məhdudiyyət federal qanunla müəyyən edilir.
“Bloomberg” qeyd edir ki, eyni zamanda, eks-prezidentin namizədliyi uzunillik sponsorlarını onun kampaniyasının xəzinəsini “doldurmağa” həvəsləndirə bilər.
Azpost.info
