Tramp prezidentliyə namizədliyini elan etməyə hazırlaşır

Respublikaçılar Partiyasından olan Ağ Evin keçmiş rəhbəri Donald Tramp 2024-cü ildəki prezident seçkiləri kampaniyasına başlayacağını tezliklə elan etmək niyyətindədir.

UNİAN-ın məlumatına görə, bu barədə bəyanat noyabrda keçiriləcək Konqresə seçkilərdən əvvəl verilə bilər.

Bildirlir ki, hazırda partiya rəhbərliyində erkən bəyanatla bağlı müzakirələr gedir, planlaşdırmalar aparılır.

Qeyd edək ki, Tramp ilk prezidentlik kampaniyasına 2015-ci ilin iyununda start verib.

 

Əvvəlki məqalə

“Övladımı əlimdən almağa çalışırlar” –

Sonrakı məqalə

“Etirazçılar DİN və qvardiya binalarını ələ keçirmək istəyib, itkilər var” –