Tramp Putinə “ərazi müqabilində sülh” təklif edir

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsində atəşkəs şansının olduğuna inanır. O, bu barədə  Stiv Vitkoffun Putinlə görüşündən sonra Avropa liderlərinə deyib.

AzPost bildirir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Agentliyin mənbələrinə istinadən verdiyi məlumata görə, Tramp həmçinin Zelenskiyə və Avropa liderlərinə deyib ki, o, Putinin “ərazilərin mübadiləsi məsələsini müzakirə etmək müqabilində” sülh danışıqlarına başlaya biləcəyinə inanır.

Kreml bu xəbərlərə münasibət bildirməyib.

Putinlə Trampın görüşü hazırlanır, yeri razılaşdırılıb, lakin tarix hələ açıqlanmayıb.

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.