ABŞ prezidenti Donald Tramp Rusiya neftinə qarşı əlavə sanksiyalar tətbiq etməyi planlaşdırır.
AzPost bildirir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Tramp Ukrayna ilə bağlı Moskvanın sülh danışıqları ətrafında mövcud vəziyyətlə bağlı iddia edilən mövqeyinə görə bu addımı atmağa hazırlaşır.
Tramp Ukraynada atəşkəs razılaşması əldə olunmayacağı və Rusiyanın günahkar olduğuna inandığı təqdirdə Rusiya neftinə ikinci dərəcəli tariflər tətbiq edəcəyi ilə hədələyib. “Bütün neftə (Rusiya – Red.) 25% tarif, bütün neftə 25-50 bəndlik tarif tətbiq olunacaq”, – ABŞ prezidenti NBC telekanalına müsahibəsində bildirib.
“Bu o deməkdir ki, əgər siz Rusiyadan neft alsanız, ABŞ-da bizneslə məşğul ola bilməyəcəksiniz”.
Donald Tramp həmçinin Rusiya prezidenti Vladimir Putinin ukraynalı həmkarı Vladimir Zelenskinin legitimliyini şübhə altına alanda “çox qəzəbli” olduğunu bildirib. Eyni zamanda ABŞ prezidenti yaxın günlərdə Putinlə yenidən danışmaq niyyətində olduğunu deyib.