Tramp Səudiyyə Ərəbistanının nüvə proqramına dəstək sazişini təsdiqlədi

tramp tiktok

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Səudiyyə Ərəbistanının dinc nüvə proqramına dəstək verməsini nəzərdə tutan sazişi rəsmi olaraq təsdiqləyib.

Azpost.info bildirir ki, bu barədə The Wall Street Journal qəzeti məlumat yayıb.

Məlumata görə, 30 il müddətinə hesablanmış saziş çərçivəsində on milyardlarla dollar həcmində investisiya nəzərdə tutulur. Layihənin həyata keçirilməsində əsas rol ABŞ şirkətlərinə həvalə ediləcək. Sazişin əsas müddəalarından biri tərəflərin zəruri hesab edəcəyi təqdirdə Səudiyyə Ərəbistanında uran zənginləşdirmə obyektinin tikilməsidir.

Gözlənilir ki, sənəd yaxın günlərdə baxılması üçün ABŞ Konqresinə təqdim olunacaq.

Bundan əvvəl CNN telekanalı ABŞ administrasiyasının sözügedən sazişi ilkin olaraq təsdiqlədiyini bildirmişdi. Məlumata görə, saziş müəyyən məhdudiyyətlər nəzərdə tutur. Lakin bu məhdudiyyətlərin konkret nədən ibarət olduğu hələ açıqlanmayıb.

CNN həmçinin qeyd edib ki, layihə Səudiyyə Ərəbistanını Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə təminat sazişinə əlavə protokol imzalamağa məcbur etmir.

N.Talıbov

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.