ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə iyulun 25-də baş tutan telefon danışığının mətnini canlı yayımda oxuyacağını deyib.
APA-nın xəbərinə görə, ABŞ Prezidenti bu barədə “Washington Examiner” jurnalına bildirib.
“Bu telefon danışığı çox normal idi. Yəqin ki, mən canlı televiziya yayımında qeyri-formal çıxış edərək bu telefon danışığının mətnini oxuyacağam, çünki insanlar bunu eşitməlidir”, o deyib.
Qeyd edək ki, Ukrayna və ABŞ prezidentləri arasında olan bu telefon danışığı Donald Trampa qarşı ABŞ Konqresində başladılan impiçment prosesinin mərkəzində dayanır.