Tramp Türkiyənin hərbi əməliyyatı ilə bağlı yazdı:

“Müharibəyə son qoymağa çalışıram”
10 Oktyabr 2019 - 19:34

ABŞ prezidenti Tramp Türkiyənin Suriyada hərbi əməliyyatlarına dair status yazıb.

Azpost.info bildirir ki, Tramp hucum zonalarında Amerikan əsgərinin olmadığını bildirib.  O, yazıb ki, Türkiyə çoxdandır ki, bu hucumu planlaşdırırdı: “Mən hər iki tərəflə danışaraq bu sonsuz müharibəyə son qoymağa çalışıram. Bəziləri istəyir ki, biz on minlərlə əsgərimizi bu yerə göndərək və yenidən müharibəyə başlayaq.  Türkiyə NATO üzvüdür.  Başqaları deyir ki, qoyun kürdlər öz davalarını aparsınlar. Mən deyirəm ki, əgər Türkiyə qaydalara uyğun oynamasa maliyyə sanksiyaları ilə zərbə endirəcəyik. Mən diqqətlə izləyirəm!”