Tramp və Ərdoğan telefonda Suriyanı müzakirə etdilər

ABŞ prezidenti Donald Tramp Tvitter hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıdığını, Suriyada atəşkəslə bağlı müzakirələr apardıqlarını yazıb.

Anadolu agentliyi xəbər verir ki, Trampın sözlərinə görə, Ərdoğan qeyd edib ki, Suriyanın şimal-şərqində kiçikölçülü snayper və minaatanlardan atəşlər qısa müddətdə dayandırılıb.

Tramp əlavə edib ki, Ərdoğan atəşi dayandırmaq və fasilə vermək istəyir: “Hər iki tərəfin niyyəti yaxşıdır və bu uğur əldə etmək üçün yaxşı bir fürsətdir”.

Prezident Ərdoğan Trampa deyib ki, bəşəriyyətin düşməni olan terrorizmin öhdəsindən gəlsək, daha çox insanın həyatını xilas edəcəyik: “Əminəm ki, birgə səyimiz bölgədə sülh və sabitlik yaradacaq.”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Elton Con “ulduz”un son günlərindən yazdı:

Sonrakı məqalə

XİN bəyanat verdi: