Elton Con “ulduz”un son günlərindən yazdı:“Maykl Cekson psixi xəstə idi”  

Tezliklə satışa məşhur estrada ulduzu Elton Conun  “Mən –Elton Conam” kitabı çıxacaq.

Azpost.info bildirir ki,  E.Con kitabında öz həyatı, musiqi karyerası, uğurları haqqında yazıb . Kitabda eyni zamanda öz karyerası boyu rast gəldiyi, əlaqə saxladığı digər ulduzlarla bağlı xatirələri də yer alıb.

Ən yaddaqalan görüşlərdən biri kimi Maykl Ceksonla olan tanışlığından yazıb. Elton bildirib ki, o, Mayklın 13-14 yaşı olarkən tanış olub.  Karyerasının əvvəlində Mayklla dostluq edib. Amma populyarlığı artdıqca Maykl özünə qapanmağa başlayıb:  “O, Elvis Presli kimi hansısa bir məqamda özünü dünyadan və reallıqdan təcrid etməyə başladı”.

E.Con yazır ki, bir dəfə ailə məclisində Cekson öz yaşıdları ilə söhbət etmək əvəzinə oğlu ilə oynamağa getdi. “Maykl böyüklərin kampaniyasında olmağı bacarmırdı”.

E.Con həmçinin Mayklla bağlı öz qənaətlərini yazıb: “ Allah bilir onun başında nələr baş verirdi, onu hansı dərmanlarla “yedirdirdilər”.  Hər dəfə onu görəndə mən anlayırdım ki, yazıq tamam başını itirib.  Sözün həqiqi mənasında itirib. Maykl psixi xəstə idi. Onunla birgə olmaq artıq xoşagəlməz əhval yaradırdı”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazarbayevin nəvəsi azadlıqdan məhrum olunub

Sonrakı məqalə

Tramp və Ərdoğan telefonda Suriyanı müzakirə etdilər