Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Tramp və Zelenski canlı yayında dalaşdılar –

User 28 Fevral 2025 - 22:24 (Last updated: 21 May 2025 - 20:15)
tramp zelenski dava

Ağ Evdə ABŞ və Ukrayna prezidentlərinin görüşü zamanı mübahisə yaşanıb. 

AzPost bildirir ki, canlı efirdə Tramp və Zelenski gərgin atmosferdə bir-biri ilə danışıblar.

Tramp: “Biz sizə 350 milyard verdik, indi çətin vəziyyətdəsiniz. Əlinizdə heç bir güclü kart yoxdur. Biz ölkənizi xilas etmək və müharibəni dayandırmaq istəyirik. “Mən müharibəni dayandırmaq istəmirəm” deyə bilməzsiniz. Bizsiz əlinizdə güclü kartlar yoxdur. Ya müqaviləni imzalayacağıq, ya da siz ondan çıxacaqsınız. Güclü mövqeyiniz yoxdur. Bizə minnətdarlığınızı bildirməlisiniz. Amma sən bunu etmirsən. Bu pisdir”.

Tramp və Zelenski görüşdə başqa nə dedilər?

Trampın dedikləri:

– Biz bu gün faydalı qazıntı müqaviləsini imzalayacağıq. Bu, Ukrayna ilə çox ədalətli razılaşmadır və Birləşmiş Ştatlar tərəfindən böyük öhdəlikdir. Tərəflər Ukraynadakı hərbi əməliyyatların nizamlanmasına dair razılaşmaya “kifayət qədər yaxındır”.

— Zelenski güzəştə getməli olacaq. Hamımız bu müharibənin tez bitməsini gözləyirik. Söhbət təhlükəsizlik zəmanətlərindən getmir.

— Trampın Putinlə təmasları “əla”dır. O, həmçinin bildirib ki, Ukraynadakı müharibə yanlış istiqamətdə gedib və “üçüncü dünya müharibəsinə gətirib çıxara bilərdi”.

— Trampa sual veriblər: “Siz Ukrayna ilə Rusiya arasında vasitəçisiniz, yoxsa Ukraynanın tərəfindəsiniz?”

Tramp açıq şəkildə bəyan edib ki, o, vasitəçidir və tərəf tutmaq istəmir. “Mən Rusiya ilə Ukrayna arasındayam. Heç kimin haqqında pis söz demək istəmirəm”.

— Trampdan soruşublar: “Atəşkəs olmasa, Ukraynaya daha çox silah göndərəcəksinizmi?”

“Bəli, biz daha çox silah göndərəcəyik. Amma biz çoxlu silah göndərməyi gözləmirik, müharibəni tez bitirməyi gözləyirik ki, başqa işlər görə bilək.

— Jurnalist Trampdan soruşur: “Putinlə Zelenski arasında görüş olacaqmı?”
Tramp cavab verib: “Onlar bir-birini sevmirlər”.

Zelenskinin dedikləri:

— Zelenski Trampın çağırdığı atəşkəs və barışıq əleyhinə çıxış edib. “Biz heç vaxt sadəcə atəşkəsi qəbul etməyəcəyik. Rusiya onu pozacaq”, – Zelenski bildirib.

— Zelenski həmçinin ABŞ-ı Britaniya və Fransaya sülhməramlıların yeridilməsi üçün zəmanət verməyə çağırıb və təsdiqləyib ki, Amerika zəmanəti olmadan avropalılar Ukraynaya qoşun yeritmək istəmirlər. Tramp bundan əvvəl bundan imtina etmişdi.

— Zelenski deyib ki, “Putin Ukraynanın bərpası üçün pul ödəməlidir”.

Söhbət Zelenski ilə Tramp arasında mübahisə ilə yekunlaşıb.

“Ölkəmizə hörmətsizlik edirsiniz. “Biz III Dünya Müharibəsinə doğru gedirik, sizin onunla oynamaq hüququnuz yoxdur”, – Tramp Zelenskiyə deyib.

“Şükür etməlisən, əlinizdə kart yoxdur, qoşunlarınız tükənir”,- deyə Tramp atəşkəsdə israr edib.

Zelenski: “Biz bura kart oynamağa gəlməmişik”.

Bizə “mən bunu istəyirəm, bunu istəyirəm” deyə bilməzsiniz . Ya sövdələşmə olacaq, ya da ondan çıxacaqsan”, – Tramp Zelenskiyə deyib.

Bütün bu çəkişmələrdən sonra prezidentlər qapalı danışıqlara başlayıblar.

 

Post navigation

Previous: Bank səhvən müştərinin hesabına 81 trilyon dollar köçürüb
Next: “Zelenski sülhə hazır deyil, hörmətsizlik etdi” – Trampdan əsəbi reaksiya –

Oxşar xəbərlər

Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
qaz kemeri
  • Dünya

Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq

User 30 Oktyabr 2026 - 10:07
israil
  • Dünya

İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı

User 30 Oktyabr 2026 - 09:50

xƏBƏR

eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49
“Gürcüstanla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və...
Read more about Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq qaz kemeri
  • Dünya

Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq

User 30 Oktyabr 2026 - 10:07
Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00
İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı israil
  • Dünya

İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı

User 30 Oktyabr 2026 - 09:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.