“Amerika artıq Kanadaya keçmişdə olduğu kimi yüz milyardlarla dollar yardım verə bilməz”.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp Kanadada keçirilən seçkilərlə bağlı deyib. Tramp qeyd edib ki, Kanada 51-ci ştat olmasa, edilən yardımlar mənasızdır. ABŞ Prezidenti Kanada xalqını rüsumları iki dəfə azaltmağa, hərbi gücü yüksək səviyyəyə çatdırmağa gücü çatacaq adamı seçməyə çağırıb. O, həmçinin Kanada 51-ci ştat olarsa, 4 qat artıq tarif və vergisiz avtomobil, meşə, alüminium, tikinti, energetika və digər bizneslərə malik olacaqlarının vədini verib.
“Artıq uzun illər əvvəldən süni şəkildə çəkilmiş xətt olmasın. O zaman bu torpaq nə qədər gözəl olar. Sərhədsiz pulsuz giriş mövcud olar”,- deyə Tramp bildirib.